Suriyanın parçalanması məkrli plan barədə xəbərdarlıq
İyun 16, 2015 08:28 Asia/Baku
Suriya baş naziri bu ölkəyə qarşı separatçı və təfriqə xarakterli məkrli planlar barədə xəbərdarlıq edib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Suriya baş naziri Vail əl-Həlqi bəzi regional və beynəlxalq tərəflərin digər qruplar qarşısında bir suriyalı qrupu dəstəkləmələri və bu ölkəni parçalamaq üçün bu məsələdən faydalanmalarına toxunaraq deyib: Bu məkrli plan Həskədən başlamalı və sonra isə digər vilayətlərdə icra olunmalı idi. Lakin Suriya xalqının birliyi ilə məğlubiyyətə uğradı.Əl-Həlqi əl-Həskə vilayətinin genişlənməsi istiqamətində müxtəlif layihələrin icrası və terrorizmlə mübarizənin davam etdirilməsi üçün onlarla milyon dolllar vəsaitin ayrılmasını vurğulayıb.