Qahirə Cinayət Məhkəməsi Məhəmməd Mursini ömürlük həbs etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194922-qahirə_cinayət_məhkəməsi_məhəmməd_mursini_ömürlük_həbs_etdi
Qahirənin Cinayət Məhkəməsi Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursini casusluq ittihamı ilə ömürlük azadlıqdan məhrum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 12:32 Asia/Baku
  • Qahirə Cinayət Məhkəməsi Məhəmməd Mursini ömürlük həbs etdi
    Qahirə Cinayət Məhkəməsi Məhəmməd Mursini ömürlük həbs etdi

Qahirənin Cinayət Məhkəməsi Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursini casusluq ittihamı ilə ömürlük azadlıqdan məhrum edib.

Səhər Beynəlxalq Televiziyasının Sky Nyuz telekanalının ərəbcə xidmətinə istinadla verdiyi məlumata görə, Qahirə Cinayət Məhkəməsi Əli Biltaci, Xeyrət əl-Şatir və Əhməd Əbdülatini casusluq ittihamı ilə edama məhkum edib.
Həmçinin Məhəmməd Mursi, Məhəmməd Bədi, Səəd əl-Kətatəni, İsam əl-Üryan və İxvanul-Müsliminin digər rəhbərləri casusluq ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib.
Qahirə Cinayət Məhkəməsi həmçinin bildirib ki, Misir müftisi casusluq və həbsdən qaçma işində müttəhimlərin edamı qərarını təsdiqləyib.
Misirin kənarlaşdırılmış prezidentinə qərarın verildiyi məhkəmə iclası çərşənbə axşamı günü keçirilib və məhkəmə iclasın əvvəlində casusluq və həbsdən qaçma məsələsinin araşdırılmasında bacarıqlı olduğunu bildirib.