Fələstinlilər müstəqil Fələstin dövlətinin yaradılmasında qətiyyətlidirlər
İyul 02, 2015 09:57 Asia/Baku
Fələstin xarici işlər naziri deyib: Fələstinlilər 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin təşkil olunmasında qətiyyətlidirlər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Fələstin xarici işlər naziri Riyaz əl-Maliki Moskvada keçirilən Fələstin diyarında sülh beynəlxalq konfransında beynəlxalq ictimaiyyət və BMT-nin 1967-ci il işğal olunmuş ərazilərində müstəqil Fələstin dövlətinin təşkil olunması üçün köməklərini vurğulayaraq deyib: Fələstin xalqı Beytül-Müqəddəsin paytaxtlığı ilə İordan çayının qərb sahili və Qəzzə zolağında müstəqil dövlətin təşkil olunmasında qətiyyətlidir.Riyaz əl-Maliki əlavə edib: Fələstini müstəqil dövlət kimi tanıyan ölkələrin sayı artmaqdadır.
Fələstin xarici işlər naziri sionist rejimi 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin təşkil olunması qarşısındakı təxribatlar törətməkdə suçlayıb və xatırladıb: Dördtərəfli Beynəlxalq Yaxın Şərq Qrupu bu sahədə İsrailə təzyiq göstərməklə Fələstin xalqına kömək etməlidir.
Hazırda təxminən dünyanın 140 ölkəsi 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin təşkili layihəsini dəstəkləyib.