Yəməndə beşgünlük atəşkəs
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195464-yəməndə_beşgünlük_atəşkəs
BMT baş katibi Yəməndə beşgünlük atəşkəsin bərqərarından xəbər veirb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2015 05:02 Asia/Baku
  • Yəməndə beşgünlük atəşkəs
    Yəməndə beşgünlük atəşkəs

BMT baş katibi Yəməndə beşgünlük atəşkəsin bərqərarından xəbər veirb.

IRIB-nin məlumatına görə, BMT baş katibi Pan Gi Mun deyib: Yəməndə beşgünlük atəşkəs bu gün, cümə günü səhərdən başlanır və bu müddətdə Ərəbistanın bu ölkəyə qarşı hücumları dayandırılır.
Ərəbistan xarici işlər naziri Adil Əlcubəyr də BMT baş katibi Pan Gi Mun ilə telefon söhbətində Yəməndə atəşkəsin bərqərarı ilə öz razılığını bildiribdir.
Bundan öncə BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd əmin olduğunu bildirmişdi ki, mübarək Ramazan ayından iki həftə qalan müddətdə humanitar atəşkəs həyata keçiriləcək.
Ərəbistan martın 26-da Yəmənə basqın edəndən bəri bir neçə dəfə müvəqqəti atəşkəs elan edib, lakin hər dəfə öz qırıcıları ilə hücumlarda atəşkəsi pozubdur.
Ərəbistanın Yəməndəki savaşından üç aydan çox bir müddət keçir, amma Ərriyad bu millitarizmin Yəmən xalqı üçün olan ağır nəticələrinə rəğmən, hələ də Yəmənin yaşayış massivləri və mülkilərinə qarşı hava hücumlarını davam etdirir. Bu hücumlarda Yəmən xalqından minlərlə nəfər həlak olub və yaralanıbdır.