Fələstinli gəncin həbsindən sonra Qüdsdə toqquşma
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195694-fələstinli_gəncin_həbsindən_sonra_qüdsdə_toqquşma
İşğalçı sionist rejim hərbçiləri tərəfindən qəsb olunmuş Qüdsdə bir fələstinli gəncin həbsi bu rejim qüvvələri ilə fələstinli gənclər arasında şiddətli toqquşmaya gətirib çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2015 14:41 Asia/Baku
  • Fələstinli gəncin həbsindən sonra Qüdsdə toqquşma
    Fələstinli gəncin həbsindən sonra Qüdsdə toqquşma

İşğalçı sionist rejim hərbçiləri tərəfindən qəsb olunmuş Qüdsdə bir fələstinli gəncin həbsi bu rejim qüvvələri ilə fələstinli gənclər arasında şiddətli toqquşmaya gətirib çıxarıb.

Misirin Əlşərqul Əlusət xəbər agentliyinin məlumatına görə, yerli fələstinli mənbələr xəbər veriblər ki, işğalçı sionist rejim hərbçiləri bu gün səhər qəsb olunmuş Qüdsün şimalında yerləşən Kəfər Əqəb məntəqəsinə basqın edərək, bir fələstinli gənci həbs ediblər və onun ardınca sionist qüvvələrlə fələstinli gənclər arasında şiddətli toqquşma baş verib.
Hələ bu toqquşmanın ehtimal olunan tələfatı haqda məlumat yayılmayıb.
Sionist hərbçilər həmçinin İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinliləri gündəlik həbsetmə əməliyyatı istiqamətində Nablusda bir, Beyt Ləhmdə iki, Cenində bir və Ramullahda iki fələstinlini həbs edərək, özləri ilə naməlum məkana aparıblar.