İyul 16, 2015 19:17 Asia/Baku
  • Hizbullah və Suriya ordusu Palmiranın qərbində 2 bölgəni azad ediblər
    Hizbullah və Suriya ordusu Palmiranın qərbində 2 bölgəni azad ediblər

Livanın Müqavimət qüvvələri və Suriya ordusu Palmira tarixi şəhərinin geri alınması üzrə əməliyyatın davamında bu şəhərin qərbində daha iki məntəqəni İŞİD ünsürlərindən azad ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Palmira şəhərinin qərb bölgələrinin İŞİD ünsürlərindən təmizlənməsi əməliyyatında Livan Hizbullahı və Suriya ordusu qüvvələri terrorçulara qarşı hücumlara keçiblər.
Suriya ordusu və Hizbullah qüvvələri İŞİD ünsürləri ilə toqquşduqdan sonra Palmiranın qərb hissəsində yerləşən Qəsr əl-Həyyirdə əl-Məştəl məntəqəsini azad ediblər.
Əl-Məştəl məntəqəsi azad olunduqdan bir neçə saat sonra Qərbi Qəsr əl-Həyyir məntəqəsi də terrorçulardan azad olunub.

Teqlər