Bağdadda qanlı terror
İyul 22, 2015 13:13 Asia/Baku
-
Bağdadda qanlı terror
İraqın təhlükəsizlik xidməti dünən axşam Bağdadın şiələr yaşayan məntəqəsində bomba quraşdırılmış 2 avtomobilin partladılması nəticəsində 19 nəfərin həlak olmasından xəbər verib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ilk partlayış Yeni Bağdad məntəqəsində baş verib və 17 nəfərin ölməsi, 43 nəfərin yaralanması ilə nəticələnib.İraq mənbələrinin bildirdiklərinə görə, bu hadisə qurbanları əsasən mülki insanlar olub.
İkinci partlayış isə Bağdadın cənubunda, Zəfəraniyə məntəqəsində baş verib. 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Digər tərəfdən iraqlı qüvvələr İraqın qərbində, Rəmadinin şimal-şərqində yerləşən Hamiziyə və Buisə məntəqələrini, İŞİD terrorçuları ilə ağır döyüşlərin ardınca azad ediblər.
İraq ordusunun Fəllucədə İŞİD-in mövqelərinə qarşı hücumlarında da 27 terrorçunun öldüyü bildirilir.
Teqlər