HƏMAS:
Ben-Qvirin fələstinli əsiri öldürməklə hədələməsi yeni cinayətlərin xəbərçisidir
HƏMAS hərəkatı sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin fələstinli əsirlərdən birini öldürməklə hədələməsini pisləyib və bunu rejimin həbsxanalarında fələstinli əsirlərə qarşı yeni cinayətlərin törədilməsi ehtimalı barədə xəbərdarlıq kimi qiymətləndirib.
HƏMAS bildirib ki, Ben Qvirin yayımladığı nümayişkaranə videoda fələstinli əsirlərin liderlərindən olan Həsən Səlamənin öldürülməklə hədələnməsi, əsirlərin iradəsini qıra bilməyəcək və bu, həm ona, həm də digər fələstinli əsirlərə qarşı yeni cinayətlərin baş verə biləcəyinə açıq işarədir.HƏMAS vurğulayıb ki, bu təhdidlər sionist rejimin həbsxanaları birbaşa fiziki hesablaşmalar meydanına çevirən siyasətinin tərkib hissəsidir. Hərəkatın bildirdiyinə görə, bu siyasət beynəlxalq hüququn bütün normalarının açıq şəkildə pozulmasıdır.