Yəmən vətəndaşları Ərəbistanın təcavüzünü pisləyiblər
İyul 31, 2015 20:47 Asia/Baku
-
Yəmən vətəndaşları Ərəbistanın təcavüzünü pisləyiblər
Yəmən vətəndaşları Səudiyyə Ərəbistanının təcavüzü ilə mübarizə üçün strateji seçimlərin dəstəklənməsi istiqamətində aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, paytaxt Səna və İb vilayətinin sakinləri aksiyalar keçirərək Yəmən Ənsarullahı Hərəkatının rəhbəri Əbdülməlik Husidən istəyiblər ki, Ərəbistanın hücumları ilə mübarizə üçün strateji seçimləri təyin etsin.Bu aksiyalarda iştirak edənlər Səudiyyə Ərəbistanı ilə mübarizə uğrunda ordu və könüllü qüvvələri dəstəkləyərək bu istiqamətdə aktiv iştiraka hazır olduqlarını bildiriblər.
Etirazçıalr həmçinin bir bəyanat verərək bildiriblər: Yəmənə tətbiq olunan müharibə sionist-amerikalı plandır ki, Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin məzlum xalqına qarşı icra olunur.