Avq 02, 2015 15:20 Asia/Baku
  • Türkiyədə əsas partiyalar arasında koalisiya məsələlərinin yekun mərhələləri
    Türkiyədə əsas partiyalar arasında koalisiya məsələlərinin yekun mərhələləri

Türkiyənin Ədalət və İnkişaf partiyası və Cümhuriyyət Xalq partiyası arasında koalisiya müzakirələri yekun mərhələyə yaxınlaşıb.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məumata görə, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlik son iclasın bazar ertəsi günü keçiriləcəyini deyib.
CHP-nin sədr müavini Haluk Koç da deyib: Biz parlamentdə 389 deputatla iki böyük partiya olaraq böyük koalisiyanı əldə etmək üçün bir araya gəlmişik.
Koç əlavə edib: Kürdlərin məsələsi, dini azadlıq və mətbuat azadlığı bu müzakirələrin mehvərlərini təşkil edib.
İyul ayının əvvəllərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir və ölkə parlamentində deputat mandatının əksəriyyətini əldə edən Ədalət və İnkişaf Partiyasının rəhbəri Əhməd Davudoğluya Nazirlər Kabinetini təşkil etməyi göstəriş verib.
AKP 7 iyun seçkilərində rəqiblərini arxada qoysa da, hökuməti təşkil etmək üçün lazımi yeri əldə edə bilmədi və hazırda digər partiya ilə koalisiya qurmaq ardıncadır.

Teqlər