Avq 18, 2015 19:16 Asia/Baku
  • ABŞ ordusu Əfqanıstanın Meydan Vərdək vilayətinə havadan zərbələr endirib
    ABŞ ordusu Əfqanıstanın Meydan Vərdək vilayətinə havadan zərbələr endirib

Əfqanıstandan daxil olan məlumatlara görə, ABŞ ordusunun pilotsuz uçan aparatları Əfqanıstanın Meydan Vərdək vilayətinə raket zərbələri endirib.

BBC-nin verdiyi məlumata görə, Əfqanıstanın Meydan Vərdək vilayət ofisinin mətbuat xidməti bildirib ki, bazar günü ABŞ ordusunun pilotsuz uçan aparatları Daymərdad və Çək şəhərlərinə raket zərbələri endirib. Nəticədə 7 nəfər həlak olub. Oxşar hadisə bir neçə gün öncə Əfqanıstanın şərqində, Nəngərharda baş vermişdi. Bu hadisə bir neçə nəfərin ölümü ilə nəticələnmişdi.

Teqlər