Davudoğlu müxalif nümayəndələrə nazirlik postu təklifini irəli sürüb
Avq 24, 2015 14:34 Asia/Baku
-
Davudoğlu
Türkiyənin hökumət başçısı bu ölkədə müxalif partiyaların təmsilçilərinə nazirlik postunun verilməsinə maraqlı olduğunu bildirib.
Davudoğlu deyib: Əgər hökumət təşkilinin məmuru olsam onda xalq Cümhuriyyət və Milli Hərəkat Partiyalarından nazir təyin edərəm.Zaman qəzeti Davudoğluya istinadən yazıb : Türkiyə Anayasasına əsasən parlament spikeri parlamentdə fəaliyyət göstərən siyasi partiyaların səhminin sayını vəzifəli olan şəxsə elan etməlidir.
Türkiyə hökümət başçısı əlavə edib: Hökumət kabinetini təşkil etməyə vəzifəli olan şəxs partiyaların səhminə uyğun olaraq öz təklifini nümayəndələrə təqdim edir və onlar da bu təklifə qarşı çıxır yada onu qəbul edirlər.
Ötən həftə Türkiyənin müvəqqəti baş nazirinin koalisiya hökumətinin təşkili uğrunda müəyyən bir şərik bulmaqdakı məğlubiyyətləri ardınca Davudoğlu hökumət təşkili üzrə Ərdoğan tərəfindən əldə etdiyi hökmü ona qaytarıb və Türkiyə prezidenti də koalisiya hökuməti təşkili üçün bir həftəlik müddətin qaldığını nəzərə alaraq bu hökmü Xalq Cümhuriyyət Partiyasının sədri Kamal Kılıçdaroğluna vermədi və noyabrın birini vaxtından tez seçkilərin keçirilməsi tarixi elan etdi.
Respublikaçı və Milliyyətçi hərəkət partiyaları bildiriblər ölkəni vaxtından tez seçkilərə sürükləyən keçid dövlətində müəyyən bir paya malik olmayacaq . Xalq demokratik Partiyası müvəqqəti dövlətdə fəaliyyət göstərmək üçün öz hazırlığını bildirib.