Sənada terror partlayışları
Sen 03, 2015 09:04 Asia/Baku
-
Sənada terror partlayışları
Yəmənin paytaxtı Sənadakı iki məsciddə dalbadal baş verən partlayışda azı 28 nəfər həlak olub, 75 nəfər də yaralanıbdır.
Frans-Press-in məlumatına görə, bir terrorçu-kamikadze çərşənbə günü axşam çağı Sənanın şimalındakı Cəraf məntəqəsində yerləşən Əlməvid məscidində üzərində olan partlayıcı qurğunu namazqılanlar arasında işə salaraq partladıb.Bu məlumata görə, əhalinin yaralıların yardımına gəlməsi ilə bir zamanda digər bir terrorçu-kamikadze bomba daşıyan bir avtomobillə özünü əhali arasında partladıb.
İŞİD terror qrupu bu terror partlayışlarının məsuliyyətini üzərinə götürüb.