Bağdadda qanlı terror aktları
Sen 14, 2015 21:39 Asia/Baku
-
Bağdadda qanlı terror aktları
İraqın təhlükəsizlik rəsmiləri paytaxt Bağdadda terror aktlarının törədilməsindən xəbər veriblər.
Qətər xəbər agentliyinin verdiyi məlumata görə, İraqın təhlükəsizlik rəsmiləri bildiriblər ki, bazar ertəsi günü Bağdadın Rizvaniyə məntəqəsində bir bazarda baş vermiş partlayışda 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb.İraqın təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, Bağdadın cənubunda Mahmudiyə məntəqəsində yerləşən Seyid Abdullah kəndində baş vermiş partlayışda 2 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
İraqdan daxil olan başqa bir məlumata görə, İraq ordusu və xalq qüvvələri bir müddət öncə İŞİD terrorçuları tərəfindən Səncar şəhərində oğurlanmış 18 yezidi kürdü azad etməyi bacarıblar.
Mosulun qərbində yerləşən Səncar şəhəri 3 oktyabr 2013-cü il tarixində İŞİD terrorçuları tərəfindən ələ keçirilib və hələ də işğal altındadır.
İŞİD-in Səncar şəhərini ələ keçirməsi ilə bu terror qruplaşması azğın cinayətlərə əl atmış oldu. İnsanların öldürülməsi, həbs edilməsi və qadınların təcavüzlərə məruz qalması bu cinayətlərin bir hissəsidir.
İŞİD həmçinin yezidi kürd qadınları bazarda satışa çıxardır və ya zorla onları cinsi istismara məruz qoyurlar.