Sen 23, 2015 15:38 Asia/Baku
  • Livanda İran səfirliyinə hücum etmiş amillərdən biri həbs olunub
    Livanda İran səfirliyinə hücum etmiş amillərdən biri həbs olunub

Livanın ümumi təhlükəsizlik qüvvələri İranın Livanın paytaxtı Beyrut şəhərinin Ber Həsən məntəqəsində yerləşən səfirlik binasına qarşı hücumda əli olmuş bir təkfirçi terrorçunu həbs ediblər.

IRNA-nın məlumatına görə, bu təkfirçi terrorçu Suriya vətəndaşlığına malikdir.
Səudiyyəli terrorçu Macid Əlmacidin başçılıq etdiyi Əlqaidə-nin qollarından sayılan Abdullah İzam batalyonları adlı təkfirçi-terrorçu qrup 2013-cü il noyabrın 19-da iki kamikadze terrorçunu muzdurluğa götürərək, İranın Beyrutdakı səfirliyinə hücum etdi.
İki ardıcıl partlayışa səbəb olmuş bu terror hücumunda 23 nəfər, o sıradan İranın Livandakı mədəniyyət attaşesi Höccətulislam Vəlmuslimin İbrahim Ənsari və iranlı diplomatlardan birinin həyat yoldaşı şəhid oldu və 160-dan çox insan yaralandı.
Bu terror cinayətində İranın Beyrutdakı səfirliyinin mühafizə qüvvələrindən dörd nəfər də şəhidlərdən olubdur.
Macid Əlmacid Beyrutun hərbi hospitalında şübhəli surətdə öldürüldü və cəsədi səudiyyə başçılarına təhvil verildi.
Bu məlumata görə, Livanın Ümumi Təhlükəsizlik Baş İdarəsi bir bəyanat yayaraq, bildirib ki, terror qrupları və onların tabeliyində olan gizli dəstələrin fəaliyyətlərinin izlənilməsi və nəzarətə alınması çərçivəsində və Livan prokurorluğunun razılığı ilə ümumi təhlükəsizlik qüvvələri bir suriyalını həbs ediblər.
Bəyanatda deyilir: Bu Suriya vətəndaşı bir silahlı terrorçu qrupa başçılıq edirmiş və onun Suriyanın Yəbrud şəhərindəki bir emalatxanada Livan nömrəli avtomobillərə bomba qoyulması və partlayıcı maddələrdən istifadə ilə raketlərin düzəldilməsində əli olubdur.

Teqlər