Minada həlak olanların sayı 453 nəfərə çatdı, 719 nəfər yaralanıb
Sen 24, 2015 16:49 Asia/Baku
Səudiyyə Ərəbistanı rəsmiləri Minada cəmiyyətin izdihamı nəticəsində həlak olanların sayının artdığını bildiriblər. Belə ki, həlak olanların sayı 453, yaralananların sayı isə 719 nəfərə çatıb.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rəsmiləri Minada cəmiyyətin izdihamı nəticəsində həlak olanların sayının artdığını bildiriblər.Yeni məlumata görə, indiyə qədər 453 nəfər həlak olub, ən azı 719 nəfər də yaralanıb.
Bu hadisənin baş verməsi ardınca ictimai şəbəkələrdə istifadəçilər bildiriblər ki, cəmiyyətin izdihamı bu bölgədə qatar stansiyasına çatmağa görə yaranıb. Bu da hadisə ilə ilkin versiyalardan biridir.
Ərəbistanın əl-Acil xəbər portalı isə bildirib ki, bu hadisənin baş verdiyi küçələr hacılar üçün yaradılan çadırlar arasındakı küçələrdir.
Digər tərəfdən İranın Həcc Ziyarəti Təşkilatının həcc və ziyarət məsələləri üzrə sədr müavini həlak olan və yaralananlar arasında bir qrup iranlı zəvvarın olduğunu bildirib.