Qüdsdə daha iki fələstinli şəhid olub
Okt 09, 2015 12:11 Asia/Baku
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində atəş açması nəticəsində daha iki fələstinli şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının Fələstin əl-Youm xəbər portalına istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri Qüds yaxınlığında Şəfat düşərgəsində fələstinlilərə hücum edərək iki yeniyetməni şəhid edib və 6 nəfəri də yaralayıblar.İşğal olunmuş ərazilərin şimalında və İordan çayının qərb sahilində fələstinlilərlə sionist hərbçilər arasında baş verən insidentdə bir qrup fələstinli yaralanıb.
Sionist qəsəbə sakinləri də Nablosda Fələstinin rabitə nazirinə hücum ediblər.
Ötən iki gündə işğal olunmuş ərazilərin müxtəlif bölgələri fələstinlilərlə sionistlər arasında güclü toqquşmaların şahidi olub.
Sionistlər İordan çayının qərb sahili və işğal olunmuş Beytül-Müqəddəsdə bu toqquşmalarda ən azı 40 fələstinlini həbs ediblər.
Əl-Əqsa məscidi və onun ətrafındakı müqəddəs məkanlar son həftələrdə fələstinlilərin qəsəbə sakinləri və rejim hərbçiləri ilə toqquşduğu məkanlar olmuşdur.
Bu toqquşmalar ötən ay 120 sionist qəsəbə sakini və sionist rejimin kənd təsərrüfatı nazirinin əl-Əqsa məscidinə daxil olmasından sonra başlayıb.