Türkiyənin Diyarbəkir şəhərində partlayış
Okt 11, 2015 21:13 Asia/Baku
-
Türkiyənin Diyarbəkir şəhərində partlayış
Türkiyə polisinin Diyarbəkirin kürdlər yaşayan məhəllələrindən birindəki hərəkəti yolunda baş verən bomba partlayışında bir nəfər ölüb, üç nəfər də yaralanıb.
Fars xəbər agentliyinin məlumatına görə, Türkiyə polis qüvvələrinin zirehli avtomobilinin Diyarbəkirdə yerləşən Yeni Şəhir məntəqəsinin Sur məhəlləsindən keçdiyi zaman bir bomba partlayıbdır ki, nəticədə bir polis qüvvəsi ölüb, üç nəfər də yaralanıbdır.Bu elə bir halda baş veribdir ki, bu şəhərin terrorçulardan təmizlənməsi bəhanəsilə Diyarbəkir şəhərində komendant saatı elan olunub.
Bu əməliyyatda 2863 polis və xüsusi təhlükəsizlik qüvvəsi iştirak edib və indiyədək dövlətin bildirdiyinə görə, üç terrorçu öldürülüb və PKK üzvü olan bir qadın həbs olunub, üç separatçı da Sur məhəlləsində təslim olub. Diyarbəkirin təmizlənməsi üçün on hərbi vertolyot iştirak edir.
Belə bir halda, Ankarada baş vermiş terror partlayışlarından sonra PKK birtərəfli surətdə atəşkəs elan edibdir ki, Ərdoğanın hakim partiyası kürdlərin himayəçisi olan Xalqların Demokratik Partiyasını ittiham etmək üçün bir bəhanə tapmasın.