Okt 15, 2015 10:59 Asia/Baku
  • Müxalifət Ankara partlayışları barədə parlamentin araşdırmasını istəyib
    Müxalifət Ankara partlayışları barədə parlamentin araşdırmasını istəyib

Türkiyə hökumətinin müxalif partiyaları ölkə parlamenti tərəfindən qanlı Ankara partlayışları barədə araşdırmanın aparılmasını istəyiblər.

Səhər Beynəlxalq Televiziyasının Hürriyyət qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, CHP çərşənbə günü Türkiyə Parlamentinin Rəyasət Heyətinə müraciət təqdim edərək parlamentin bu barədə araşdırma aparmasını istəyib.
CHP Türkiyə baş naziri Əhməd Davudoğlunun bu partlayışlar barədə izahat verməsini istəyib və bildirib: Hökumət və terror aktları barədə araşdırma üzrə parlament komissiyasının təşkil olunmasına qarşı çıxanlar paytaxt partlayışlarında məsuliyyət daşıyırlar.
10 oktyabrda Ankarada Ticarət Birlikləri üzvlərinin aksiyasında iki partlayış baş verib.
Ankara Həkimlər Palatası çərşənbə günü bir bəyanatda bildirib ki, bu partlayışlarda həlak olanların sayı 106 nəfərə çatıb.
Türkiyə baş naziri Əhməd Davudoğlu özəl bir telekanala verdiyi müsahibədə iddia edib ki, İŞİD terror qruplaşması, PKK və Suriya hökuməti 28 may 2015-ci ildə Suriya prezidenti Bəşşar Əsəd müxaliflərinə hücum barədə bir-birləri ilə razılığa gəliblər.
Əhməd Davudoğlu əlavə edib: Ankara ölkənin təhlükəsizliyinin qorunması üçün lazım olduğu halda Suriya Demokratik Birlik partiyasını hədəfə alacaq.

Teqlər