Okt 28, 2015 10:54 Asia/Baku
  • Türkiyədə keçiriləcək Parlament seçkilərinin sonu necə proqnozlaşdırılır?
    Türkiyədə keçiriləcək Parlament seçkilərinin sonu necə proqnozlaşdırılır?

Türkiyədə aparılan rəy sorğularına əsasən qarşıdan gələn Parlament seçkiləri də öncəki seçkilərə oxşar nəticələrə malik olacaq.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, rəy sorğularının nəticəsi Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın istəyinin əksini göstərir.
Bir çox rəy sorğularına əsasən qarşıdan gələn Parlament seçkilərinin nəticəsi öncəki seçkilərin nəticəsinə oxşar olacaq. Öncəki Parlament seçkilərində tək başına hökumət qurmaq üçün lazım olan səslərin 44%-ni əldə edə bilməmişdi. Amma, Ərdoğan seçkilərin nəticəsini dəyişə biləcək müxtəlif amillərə ümidvardır. Baxmayaraq ki, bir çoxları hakimiyyətin bir çox azadlıqlar o cümlədən media azadlığına qarşı ciddi basqılar göstərməsini nəzərə alaraq, AKP-nin iqtidar dövrünün başa çatdığını düşünürlər. Bu partiya həmçinin, Suriya böhranı qarşısındakı yanlış siyasətlərinə görə, Türkiyənin də bu böhranın bir parçasına çevrilməsinə səbəb olub.
Bu məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası Türkiyə xalqını PKK-nın gizli planları ilə qorxutmağa çalışır. Həmçinin, baş nazir Əhməd Davudoğlu "Ədalət və İnkişaf Partiyasının seçkiləri qazanmayacağı təqdirdə, cinayətkar dəstələr ölkəni ələ keçirəcəklər" deyərək, yeni qalmaqala səbəb olub.
Müxalifətdə yer alan bəzi tərəflər bildirirlər ki, Ədalət və İnkişaf Partiyası iyun ayında keçirilən parlament seçkilərinin ardınca, öncədən proqramlaşdırılmış şəkildə Türkiyə lirəsini dəyərdən salmaqda və ölkəni gərginlik böhranına sürükləməkdə ittiham edirlər. Belə ki, bu yolla AKP xalqı iki seçim qarşısında qoymaq istəyir: "Mənimlə təhlükəsizlikdə, mənsiz böhranda".

Teqlər