Türkiyənin baş naziri bu ölkədəki parlament seçkiləri barədə nə deyib?
Noy 04, 2015 12:05 Asia/Baku
Türkiyədə Ədalət və İnkişaf Partiyasının sədri bildirib ki, bu ölkə parlamentinə seçkilərin heç bir məğlubu olmayıb və Türkiyə xalqı seçkilərin əsas qalibidir.
Küveytin rəsmi xəbər agentliyinin məlumatına görə, Türkiyə baş naziri də olan Əhməd Davudoğlu İstanbul şəhərində öz himayədarlarından böyük bir qrupun qarşısında deyib: Ədalət və İnkişaf Partiyası heç kəsi təcrid etməyib və etməyəcək.Ümumölkə seçkilərindən sonra ilk dəfə olaraq İstanbula getmiş Davudoğlu əlavə edib: Ədalət və İnkişaf Partiyasının səslərinin miqdarı beş ayda bütün Türkiyə boyu 45 milyon nəfərədək artıb və İstanbul bu sahədə böyük rol oynayıbdır.
Türkiyə baş nazirinin sözləri elə bir haldadır ki, ATƏT Türkiyə parlament seçkilərinin keçirilməsi tərzini tənqid edib.
Türkiyə parlament seçkiləri bazar günü noyabrın birində keçirilib və Ədalət və İnkişaf Partiyası seçkilərdə ən çox səs qazanıbdır.