Bəhreynli fəallın mühakiməsi təxirə salındı
Noy 18, 2015 12:07 Asia/Baku
Ali-Xəlifə rejimi Bəhreynli insan haqları fəallının mühakiməsini təxirə salıb.
Bəhreyn əl-Yəum informasiya portalının verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin məhkəməsi bəhreynli hüquq müdafiəçisi Zeynəb Xacənin məhkəmə iclasını 2 fevral 2016-cı il tarixinə kimi təxirə salıb.Bəhreynin Apelyasiya Məhkəməsi insan haqları qurumlarının təzyiqlərinin ardınca Zeynəb Xacə barəsində çıxarılan 3 illik həbs qərarını 1 il həbs qərarı ilə dəyişdirməyə məcbur olub. Amma, məhkəmə Zeynəb Xacəni 1 il həbs ilə yanaşı 8000 dollar cərimə ödəməyə də məhkum edib.
Bəhreynli hüquq müdafiəçisi və tanınmış siyasi fəal Əbdülhadi Xacənin qızı olan Zeynəb Xacə "Co" zindanı işi ilə bağlı həbs edilib.
Bu arada Bəhreynin 14 fevral hərəkatı dünya azadələrindən istəyib ki, Bəhreynin digər ölkələrdəki səfirlikləri önündə aksiyalar təşkil edərək, Bəhreyn xalqının Ali-Xəlifə rejiminin zülm və zorakılıqları ilə bağlı haqlı etiraz fəryadına dəstək versinlər.