Qəzzə uşaqları İsrail rejiminin cinayətlərinə etiraz etdilər
Noy 23, 2015 10:26 Asia/Baku
Fələstinli uşaqlar İsrail rejiminin cinayətlərinə etiraz olaraq Qəzzədə aksiya keçiriblər.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Qəzzəli uşaqlar Ümumdünya Uşaq Günü münasibətilə İsrail rejimi və sionist qəsəbə sakinlərinin Qəzzə əhalisinə qarşı mühasirəsini, xüsusi ilə də uşaqlara qarşı kobudluqlarını qınayıblar.Bu aksiyada iştirak edən fələstinli uşaqlar yaşamaq üçün azadlıq və təhlükəsizliyə malik olmaq istədiklərini vurğulayıb, öz tələblərini yazılı şəkildə YUNİSEF-in Qəzzədəki ofisinə təqdim ediblər.
Aksiyada iştirak edən uşaqlar əsasən 2014-cü ildə İsrail rejiminin Qəzzəyə olan hücumları zamanı valideynlərini itirən uşaqlar olublar.
20 noyabr BMT Baş Assambleyası tərəfindən uşaqların hüquqlarını mühafizə məqsədi ilə Ümumdünya Uşaq Günü elan edilib.