Müxalifət Ərdoğanı terrorizmi dəstəkləməkdə suçlayır
Noy 26, 2015 09:02 Asia/Baku
-
Müxalifət Ərdoğanı terrorizmi dəstəkləməkdə suçlayır
Türkiyə hökumətinin müxalifləri Ərdoğanı Suriyada terrorçuları dəstəkləməkdə suçlayıblar.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Türkiyə hökumətinin müxalif qruplarının Rusiya qırıcı təyyarəsinin vurulması, onun Türkiyə üçün mənfi nəticələri və bu ölkənin iqtisadi və siyasi gələcəyi haqda reaksiyaları davam edir.Türkiyə hökumətinin müxalifləri bildiriblər: Türkiyə Rusiyanın Suriyada hərbi iştirakından qəzəblənib və bu hərəkətlə yalnız terror qruplaşmalarına kömək edib.
Türkiyənin Millət partiyasının sədr müavini Bülənt Esinoğlu deyib: Yunanıstan qırıcı təyyarələri hər gün Türkiyənin hava zolağını pozurlar. Nə üçün heç bir Yunanıstan qırıcısı vurulmur. Rusiya qırıcısının vurulması terror qruplaşmalarına dəstək üçün olmuşdur. Şübhəsiz Rusiya və Türkiyənin ticarət əlaqələri zəifləyəcəkdir.
Türkiyənin islamçı Səadət partiyasının sədri Mustafa Kamalak deyib6 Türkiyə qonşu ölkələrlə problemləri aradan qaldırmaq siyasətinə başladı. Lakin Türkiyənin xarici siyasəti bu ölkənin qonşu ölkələrlə öz əlaqələrini itirməsinə səbəb oldu. Bütün qonşu ölkələr əslində bölgədə terrorçuları dəstəkləyən Türkiyə hökumətinin ədalətsiz siyasətlərindən təsirləndilər.
Türkiyəli siyasi ekspert Hüseyn Krank deyib: Rusiya qırıcı təyyarəsinin vurulması Amerikanın Türkiyə üçün qurduğu tələyə bənzəyir. Belə ki, Türkiyə və Rusiya bir-biri ilə qarşılaşsın. Bu hadisə Suriya ordusunun bu ölkənin şimalında əməliyyatı genişləndirməsinə səbəb olur.
Türkiyə hökumətinin müxalifləri Ankaranı Suriyada silahlı terror qruplaşmalarını dəstəkləməkdə suçlayır və Rusiya qırıcısının vurulmasını özünü terrorizmin hamisi və yaxud müxalifi hesab edən şəxslərin rolunun ifşa edilməsi sayırlar.
Teqlər