Türkiyə: Moskvadan üzr istəməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200090-türkiyə_moskvadan_üzr_istəməyəcəyik
Türkiyə xarici işlər naziri Ankaranın Suriya sərhədində Türkiyə hava zolağını pozduğunu bildirdiyi Rusiyanın hərbi təyyarəsinin vurulması səbəbinə görə, Moskvadan üzrxahlıq etməyi rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2015 17:32 Asia/Baku
  • Türkiyə: Moskvadan üzr istəməyəcəyik
    Türkiyə: Moskvadan üzr istəməyəcəyik

Türkiyə xarici işlər naziri Ankaranın Suriya sərhədində Türkiyə hava zolağını pozduğunu bildirdiyi Rusiyanın hərbi təyyarəsinin vurulması səbəbinə görə, Moskvadan üzrxahlıq etməyi rədd edib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Mövlud Çavuşoğlu deyib: Türkiyənin haqqı olduğu hadisəyə görə üzrxahlıq etməsinə səbəb yoxdur.
Çavuşoğlu deyib: Biz bu hadisə barədə Moskvanın dərdinə şərik çıxmışıq.
Rusiya rəsmiləri konfransda iştirak etmək üçün Rusiyaya gələn 39 türk iş adamını bu ölkədən çıxarıblar. Rus rəsmiləri bu hərəkətin səbəbini bu şəxslər tərəfindən ticarət vizasının olmaması adlandırıblar. Bu iş adamları turist vizası ilə Rusiyaya gəlibmişlər.
Çərşənbə axşamı günü Türkiyənin 2 F-16 qırıcı təyyarəsi Suriyada Rusiyanın Su-24 qırıcı təyyarəsinə hücum edib və onu vurublar. Ankaranın iddiasına görə, bu addım Türkiyənin ərazi bütövlüyünün pozulması və Su-24 qırıcı təyyarəsinin xəbərdarlıqlara etina etməməsinə görə atılıb.
Rusiya dövlət rəsmiləri türkiyəli həmkarlarının iddialarını rədd edərək bildiriblər ki, bu təyyarə Suriyada terrorçularla mübarizə ilə məşğul imiş və Vladimir Putin də bu hərəkətin Ankara üçün mənfi nəticələri barədə xəbərdarlıq edib və deyib: Türkiyə arxadan xəncər saplayıb.
Görünür Moskva və Ankara arasında gərginliklər davam edəcək. Çünki elə bu gün Vladimir Putin Su-24 qırıcı təyyarəsinin vurulması barədə etdiyi çıxışında bildirib ki, Türkiyə hələ də bu məsələyə görə Rusiyadan üzr istəməyib.