Bəhreyn xalqının yatırdılması davam edir
Dek 12, 2015 09:43 Asia/Baku
Ali-Xəlifə rejiminin hərbçiləri Bəhreyn xalqına divan tutmaqda davam edirlər.
Əhli-Beyt(ə) xəbər agentliyinin məlumatına görə, Ali-Xəlifə rejiminin hərbçiləri Bəhreyn xalqı arasında qorxu və dəhşət hissi yaratmaq üçün cümə günü bu ölkənin şərqindəki Məhzə kəndinə hücum ediblər.
Kanadada "Ədalət" adlı insan haqları təşkilatı özünün sonuncu hesabatında Bəhreyndə insan haqlarının pozulmasından və 2015-ci ilin noyabrında bu ölkə vətəndaşlarının mənzillərinə qarşı 160 halda hücumdan xəbər verib.
Bu insan haqları təşkilatı həmçinin noyabr ayında 150-dən çox bəhreynlinin həbs olunmasından xəbər veribdir ki, onların beş faziindən çoxunu uşaqlar təşkil edirlər.