Onlarla bəhreynli aclıq aksiyası keçirir
Bəhreyndə bir qrup məhbus aclıq aksiyası keçirir.
Manma Post xəbər portalının məlumatına görə, Bəhreynin "Əlhəuz Əlcaf" məhbəsindəki məhsbuslar cümə günü bir bəyanat yayaraq, bildiriblər ki, bu zindanda yetmişdən çox məhbus, məhbuslara qarşı hörmətsizlik və onların hüquqlarının pozulmasına etiraz olaraq, yanvarın üçündən aclıq keçirməyə başlayıbdır.
Bəhreynli məhbuslar zindandakı vəziyyətin yaxşılaşdırılması və zindanın məsul şəxslərinin işgəncə daxil olmaqla insanlığa zidd rəftarlarının dayandırılmasını istəyiblər.
Məhbusların sözlərinə görə, "Əlhəuz Əlcaf" məhbəsinin məmurları məhbusların aclıq keçirmələrinə məhəl qoymadan nəinki məhbuslara qarşı hörmətsizlik edir, əksinə məhbusları bu aksiyaya görə cəzalandırmaq üçün onları döyürlər ki, bu məsələ məhbuslardan on nəfərin yaralanmasına səbəb olubdur.
Bəhreyn xalqının dinc etirazlarından beş ilin keçməsinə rəğmən, Ali-Xəlifə rejimi nəinki etirazçıları yatırmağı davam etdirir, həm də onlardan minlərlə nəfər bu rejim məhbəslərindədir.
Manama rejiminin rəsmi statistikasına görə, təkcə ötən milad ilində 237 uşaq daxil olmaqla 1883 bəhreynli həbs ollunub.
Beynəlxalq təşkilat və orqanlar Bəhreyndə islahatların icrasından ümidsizlik və bu ölkədə insan haqlarının pozulmasının davam etməsindən nigaranlıq ediblər.