Dünya İsrailin şeytanlığını etiraf edir
Sionist mənbələr etiraf ediblər ki, dünya, xüsusən də qərbdə bir çox akademik dairələr İsraili region və dünyada pislik simvolu adlandırırlar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, sionist Yadiut Aharnut qəzeti yazıb: Beynəlxalq ictimaiyyətin, Suriyada müharibə, Avropada miqrant və hətta Parisdəki son terror aktları kimi qarşısında duran böhranlarına baxmayaraq, dünya buna inanır ki, İsrail bütün pisliklərin və şeytanlıqların əsas mənbəyidir.
Sionist qəzet beynəlxalq ictimaiyyətin Fələstin xalqı əleyhinə insanlığa qarşı cinayətlər törətdiyinə görə, İsraili Aparteid rejimi hesab etdiyini etiraf edərək bildirib: Dünyada sionist rejimin iqtisadi, akademik, mədəniyyət və incəsənət sahələrində boykot edilməsi üçün irimiqyaslı kampaniyaların başlanması barəsində sionist rejimə qarşı BDS beynəlxalq boykot hərəkatının addımı İsrailin nigaranedici mövqeyini əks etdirir.
Yadiut Aharnut qəzeti həmçinin gələn mart ayında işğal olunmuş Fələstin daxilində və xaricində siyasi, iqtisadi şəxsiyyətlər, partiya rəhbərləri, məhkəmə hakimləri və akademik və mədəniyyət şəxsiyyətlərinin iştirakı ilə İsrailə beynəlxalq boykot barəsində kampaniyanın keçiriləcəyini bildirib.
Vaşinqton Post qəzeti də sionist rejimin yeni qanununu sərt şəkildə tənqid edərək onu ciddi təhlükə adlandırıb.