Sionist rejim Ramullahda fələstinlilərin aksiyasını yatırıb
Sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərində fələstinlilərin aksiyasını yatırıblar.
Əl-Əqsa telekanalının məlumatına görə, sionist hərbçilər bazar günü fələstinli məhbus jurnalist Muhəmməd Əlqəyq ilə həmrəylik istiqamətində keçirilən fələstinlilərin aksiyasını yatırıblar.
Sionist hərbçilər həmçinin etirazçıları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Bu aksiya İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərindəki Ufer məhbəsi qarşısında keçirilib.
Muhəmməd Əlqəyq, ittihamı bildirilmədən altı ay həbsə məhkum olunub.
2015-ci il noyabrın 24-dən aclıq keçirən fələstinli məhbus jurnalistin cismani durumu qeyri-münasib elan olunub.
Hazırda yeddi mindən çox fələstinli sionist rejim məhbəslərində pis şəraitdə saxlanılır.