Fələstinlilərin sionist rejimin cinayətlərinə cavabı
İşğal olunmuş Qüdsdə anti-sionist əməliyyat bir sionist hərbçinin yaralanması ilə nəticələnib.
Fələstinin Əlyəum kanalının məlumatına görə, Qüds şəhərinin şimal-qərbindəki Əlrəmlə şəhərində bir avtobusda keçirilən bir anti-sionist əməliyyatda sionist rejimin xəfiyyə xidmətnin üzvlərindən olan bir sionist həbrçi yaralanıb.
Sionist hərbçilər bu əməliyyatın ardınca iki fələstinli qadını soyuq silahdan istifadə ilə hücum etmək ittihamı ilə həbs ediblər.
Digər bir xəbərə görə, bir qrup fələstinli gənc işğal olunmuş Qüdsdə sionist qəsəbə sakinlərini daşıyan bir avtobusa yandırıcı butılkalar tullayraq, onu yandırıbdır.
Fələstn ərazilərinin müxtəlif məntəqələri 2015-ci il oktyabrın əvvəllərindən bəri fələstinlilərin İsrail rejiminin təcavüzkar və fitnəkar siyasətlərinə qarşı geniş etirazlarının şahididirlər.
Sionist hərbçilər keçən milad ilinin oktyabrı ayının əvvəllərində Qüds intifazəsinin başlanmasından bəri təqribən 164 fələstinlini şəhid edib, bir çox fələstinlini də yaralayıb və ya həbs ediblər.
Fələstinlilər sionist rejimin cinayətlərinə cavab olaraq, bir anti-sionist əməliyyatda azı 25 sionisti məhv ediblər.