Yüzdən çox müxbir Əfqanıstandan qaçıb
Fev 17, 2016 13:31 Asia/Baku
Əfqanıstan müxbirlərindən yüz nəfərdən çoxu ölkədən qaçıb.
Əfqanıstan medialarından daxil olan məlumatlara görə, 2015-ci ilin əvvəlindən bəri təqribən 108 media mənsubu Əfqanıstandan qaçıb.
Pejvak xəbər agentliyi, birinci telekanal, Şemşad telekanalı və digər medialar daxil olmaqla Əfqanıstanın müxtəlif kanal və medialarından olan bu müxbirlər Əfqanıstanın təhlükəsizlik durumunun ağırlaşması üzündən bu ölkədən qaçıblar. Bəzilərinin iddialarına görə, onlar Taliban qrrupu tərəfindən təhdid olunubmuşlar.