Fev 23, 2016 12:40 Asia/Baku
  • Dəməşqə humanitar yardımlar daxil olub
    Dəməşqə humanitar yardımlar daxil olub

Qırxdan çox humanitar yardım yükü Suriyanın paytaxtı Dəməşqin Məzəmiyyə Əlşam məntəqəsinə daxil olub.

Suriyanın Ələxbariyyə telekanalı çərşənbə axşamı günü xəbər verib ki, Suriyada terrorçuların mühasirəsində olan məntəqələrə humanitar yardımların göndərilməsinin davamında Beynəlxalq Qızıl Xaç Təşkilatı və Suriyanın Qırmızı Aypara Cəmiyyətinin 44 yükü Dəməşqin Məzəmiyyə Əlşam məntəqəsinin əhalisi üçün göndərilib.

Yanvar ayında da Dəməşq ətrafındakı məntəqələrin sakinlərindən on min nəfərdən çox insan üçün qida və dərman yardımları göndərilmişdi.

Suriya təqribən beş il bundan öncədən xarici ölkələrin himayəsi altda olan terror qruplarının iştirakı səbəbindən böhranla üz-üzədir və indiyədək bu ölkə xalqından milyonlarla nəfər öz ev-eşiyini tərk edibdir.

Teqlər