Fev 23, 2016 14:40 Asia/Baku
  • Fələstinlilərin sionist hərbçilər tərəfindən həbsi davam edir
    Fələstinlilərin sionist hərbçilər tərəfindən həbsi davam edir

Sionist hərbçilər qərb sahilində 19 fələstinlini həbs ediblər.

İordaniyanın Petra xəbər agentliyinin məlumatına görə, Fələstinli Əsirlər Klubu çərşənbə axşamı günü bir bəyanatda bildirib ki, sionist hərbçilər Əl-Xəlil, Tulkərm, Beyt-Ləhm, Nablus və Cenin şəhərlərinə basqın edərək, bir qrup fələstinlini həbs ediblər.

Bu məlumata görə, qəsbkar sionist qüvvələr Nablusda Kəfər Qəlil kəndi, həmçinin Əl-Əyn, Əskər və Bəlatə düşərgələrinə qarşı basqın zamanı səkkiz fələstinlini atəşlə yaralayıb və bir fələstinlini də hərbi avtomobillə basıblar ki, bu fələstinli baş nahiyəsindən ağır yaralanıbdır.

Digər tərəfdən, sionist rejim ordusunun buldozerləri çərşənbə axşamı günü səhər Əl-Xəlildə Dura və Dəyr Samit məntəqələrinə basqın edərək, bu rejimin məhbəslərində saxlanılan Muhəmməd Əl-Hərub və Raid Məsaləmənin mənzillərini dağıdıblar.

Muhəmməd Əl-Hərub Əl-Xəlilin şimalında "Quş Ətsiyun" əməliyyatının, Raid Məsaləmə isə Təl-Əvivdə soyuq silahla şəhadətsevər əməliyyatın icraçısı olublar ki, bu əməliyyatların icrasından sonra həbs olunublar.

Teqlər