Sionistlərin Qüdsün yəhudiləşdirilməsi planı davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i213244-sionistlərin_qüdsün_yəhudiləşdirilməsi_planı_davam_edir
Sionist rejim işğal olunmuş Qüds şəhərinin yəhudiləşdirilməsi üçün yeni bir plan təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2016 09:51 Asia/Baku
  • Sionistlərin Qüdsün yəhudiləşdirilməsi planı davam edir
    Sionistlərin Qüdsün yəhudiləşdirilməsi planı davam edir

Sionist rejim işğal olunmuş Qüds şəhərinin yəhudiləşdirilməsi üçün yeni bir plan təqdim edib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist rejimin üzdəniraq "İsrail ərazisi" təşkilatı, topoqrafiya idarəsi və maliyyə nazirliyi Təl-Əvivin işğal olunmuş Qüdsdə sionistlər üçün 1435 ədəd yaşayış evinin tikilməsi qərarından xəbər veriblər və bildiriblər ki, qərar üzrə bu plan Ramot yəhudi qəsəbəsinin yaxınlığında icra olunmalıdır.

Belə bir halda, sionist rejim son aylarda Beytulmuqəddəs daxil olmaqla müxtəlif Fələstin məntəqələrində sionistlər üçün minlərlə yeni binanın tikilməsinə lisenziya veribdir.

Dünya ictimaiyyətinin fəlsətinli məntəqələrdə sionist qəsəbələrin sayının artmasını tənqid etməsinə rəğmən, sionist rejim sionist qəsəbə salmaları davam etdirərək, bu məntəqələri yəhudiləşdirmək və onun demoqrafiyasını dəyişdirmək niyyətindədir.