İsrail hərbçiləri fələstinli didərginlərin düşərgəsinə basqın etdilər
-
İsrail hərbçiləri fələstinli didərginlərin düşərgəsinə basqın etdilər
Sionist rejim hərbçiləri Qüds İntifazəsini repressiya etmək məqsədi ilə Qərb Sahilində yerləşən fələstinli didərginlər düşərgəsinə basqın ediblər.
Əl-Əqsa informasiya kanalının verdiyi məlumata görə, İsrail hərbçiləri dünən Qərb Sahilində yerləşən əl-Ərub düşərgəsinin giriş nöqtəsində bir fələstinli gənci şəhid etmələrinin ardınca bu düşərgəyə hücum ediblər. Bu hücum zamanı 5 fələstinli güllə yarası alıb.
İsrail hərbçilərinin əl-Ərub düşərgəsinə hücum etməsi onlarla fələstinli gənclər arasında toqquşmaya səbəb olub. Nəticədə bir sionist hərbçi yaralanıb.
İsrail hərbçiləri dünən əl-Ərub düşərgəsinin girəcəyində bir fələstinli gəncə tərəf atəş açaraq, onu şəhid ediblər.
İsrail hərbçiləri həmçinin, Qərb Sahilində yerləşən müxtəlif məntəqələrə hücum edərək, bir qrup fələstinlini o cümlədən 2 uşağı həbs ediblər.
Fələstin torpaqları 2015-ci ilin oktyabrından İsrailin cinayətlərinə etiraz olaraq Qüds İntifazəsinin şahididir. Qüds İntifazəsinin başlanmasından bəri 212 fələstinli şəhid olub.