Apr 20, 2016 09:47 Asia/Baku
  • BMT TŞ Kabil terror aktını qınadı
    BMT TŞ Kabil terror aktını qınadı

BMT Təhlükəsizlik Şurası Əfqanıstanın paytaxtında törədilən və onlarla nəfərin ölməsi və y aralanmasına yol açan terror aktını qınadı.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, BMT TŞ çərşənbə axşamı bildirib ki, terror təşkilatları, onlara bağlı ünsürlər və terrorçuları dəstəkləyən tərəflər mühakimə edilməlidirlər.

BMT TŞ həmçinin bildirib ki, terrorizm heç bir vəchlə əsaslandırılası mümkün olmayan bir cinayətdir və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, heç bir din, qövm, etnos və ya mədəniyyət onu himayə etməməlidir.

Çərşənbə axşamı səhər saatlarında Kabildə baş vermiş partlayışda 30 nəfərin öldüyü, 320 nəfərin isə y aralandığı bildirilir.

Bu terror aktının məsuliyyətini Taliban üzərinə götürüb.

Teqlər