Fəlakət günündə fələstinlilərin aksiyası
-
Fəlakət günündə fələstinlilərin aksiyası
İsrail rejiminin təsis olunduğu gün-fəlakət gününün ildönümü ilə bir vaxtda İordan çayının qərb sahili, Qəzzə zolağı və 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər toplantı və aksiya keçirərək, Fələstin amallarının və öz ölkələrinin hakimiyyətinin qorunmasını vurğuaıyıblar.
Sionist hərbçilərlə toqquşma ilə yanaşı olan fəlakət günü aksiyasında aksiyaçılar Fələstin bayrağından əlavə, fələstinlərin 1948-ci ildə işğal olunmuş ərazilərə geri dönmələrini tələb edən plakatlar daşıyıblar.
Bu istiqamətdə fəlakət gününün 68-ci ildönümü üzrə milli komitənin sədri Zəkəriyya Əlağa Fələstin xalqının ağrı-acıları və məhdudiyyətlərinin aradan götürülməsi, eləcə də bu xalqın problemlərilə mübarizə və fələstinlilərin öz ev-eşiklərinə geri dönmələrini vurğulayıb.
Fəlakət gününün 68-ci ildönümü üzrə milli komitənin sədri həmçinin sionistlərin siyasətləri və kobudluqları ilə mübarizə, eləcə də Qüds paytaxt olmaqla müstəqil Fələsitn dövlətinin təşkili və müqəddəratın təyini hədəfilə Fələstin milli birliyinin qorunmasını vurğulaıyıb.
Yüz minlərlə fələstinli sionist rejimin 1948-ci ildə təsisi və əlaqədar müharibənin müsibətləri nəticəsində öz vətənindən didərgin düşdü.