Fələstin amalına təkidlə fəlakət günü aksiyası keçirilib
-
Fələstin amalına təkidlə fəlakət günü aksiyası keçirilib
Sioinst rejimin təsisi günü-fəlakət günü ilə bir zamanda qərb sahili, Qəzzə zolağı və 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər toplantı və aksiya keçirərək, Fələstin amallarının və öz ölkələrinin hakimiyyətinin qorunmasını vurğulayıblar.
Sionist rejim bildirib ki, heç vaxt fələstinlilərin öz torpaqlarına geri dönmələrini qəbul etməyəcək, zira bu məsələ bu rejimin mahiyyətini pozur.
Sionist hərbçilərlə toqquşmalarla müşayiət olunan bu aksiyanın iştirakçıları Fələstin bayrağından əlavə, fələstinli didərginlərin 1948-ci ildə çıxarıldıqları ərazilərə geri dönmələri rəmzi kimi simvolik açarları nümayiş etdiriblər.
Fələsrtinlilərin fəlakət günü adlandırdıqları bu faciədən 68 ilin keçməsinin əlaməti olaraq, qərb sahilində 68 saniyə müddətinə təhlükə siqnalı səsləndirilib.
Ramullahda və Beyt Ləhmdə maşınlar və piayadalar bu mərasim zamanı öz hərəkətlərini dayandıraraq, susublar.