İraqın şimalında İŞİD komandiri öldürüldü
-
İraqın şimalında İŞİD komandiri öldürüldü
İraq ordusu Hərbi Hava Qüvvələrinin ölkənin şimalındakı hücumunda İŞİD terror qruplaşmasının bir komandiri öldürülüb.
Sky Newsun məlumatına görə, Neynəvanın Azadlığı Əməliyyat Komandanlığı bildirib: Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinə hava hücumlarında İŞİD terror qruplaşmasının komandiri öldürülüb.
İraq ordusu həmçinin bildirib: Əl-Anbar vilayətinin əl-Bağdadi bölgəsinin şimal-qərbində yerləşən Bruse məntəqəsinə raket hücumlarında 6 İŞİD-çi öldürülüb.
Neynəva vilayətində məlumatlı dairələr ötən gün bildiriblər ki, İŞİD terror qruplaşmasının ünsürləri Mosul şəhərinin mərkəzində 35 qadını oğurlayıblar.
İŞİD terror qruplaşması 2014-cü il iyun ayında Mosulu işğal etdiyi zamandan bu şəhərin sakinlərinə qarşı çoxlu cinayətlər törətmişdir.
İraqdan əldə olunan digər məlumata görə, İraq ordusu, xalq səfərbər və köçəri qüvvələri terrorçuları əl-Anbar vilayətinin əl-Rütbə şəhərindən geri çəkilməyə məcbur edərək şəhərin 80%-ə nəzarəti bərpa ediblər.
İraq Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri terrorçuların mövqelərini atəşə tutmaları ardınca, İraq ordusu, xalq səfərbər və köçəri qüvvələri şərq istiqamətindən əl-Rütbə şəhərinə daxil olub və terrorçuların müdafiə xətlərini yarıblar.