İordan çayının qərb sahilində İsrailə qarşı etiraz aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i218959-İordan_çayının_qərb_sahilində_İsrailə_qarşı_etiraz_aksiyası
Fələstinlilər İordan çayının qərb sahilində sionist rejimin ekspansionist siyasətlərinə qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2016 07:08 Asia/Baku
  • İordan çayının qərb sahilində İsrailə qarşı etiraz aksiyası
    İordan çayının qərb sahilində İsrailə qarşı etiraz aksiyası

Fələstinlilər İordan çayının qərb sahilində sionist rejimin ekspansionist siyasətlərinə qarşı etiraz aksiyası keçirib.

Qüds Xəbər Agentliyinin məlumatına görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirilən həftəlik aksiyalarda etirazçılar əllərində yazılı parçalar tutaraq sionist rejimin işğalçılığına son qoyulmasını tələb edib.

Bu aksiyalarda iştirakçılar həmçinin İsrail tərəfindən İordan çayının qərb sahilində ayrıcı divarın çəkilməsinə etiraz edib. Onlar həmçinin sionsit rejimin qəsəbəsalma prosesini dayandırmasını tələb edib.

Sionist rejim İordan çayının qərb sahilində sionist qəsəbələr inşa edərək bu bölgələri işğal etmək və əhali tərkibini sionistlərin xeyrinə dəyişmək niyyətindədir.