Fələstinli uşaqların təhsil çiləsi...
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219301-fələstinli_uşaqların_təhsil_çiləsi...
İsrail rejiminin bufer divarı Qərb sahilində yaşayan fələstinlilərin bütün yaşam sahələrini öz təsiri altına alıb. Bu irqçi divar Qərb Sahili və Qüdsdəki 48 fələstin məktəbində təhsil alan 1700-dən çox fələstinli məktəblinin təhsil həyatına da ciddi təsirlər buraxır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 15:02 Asia/Baku
  •  irqçi divar
    irqçi divar

İsrail rejiminin bufer divarı Qərb sahilində yaşayan fələstinlilərin bütün yaşam sahələrini öz təsiri altına alıb. Bu irqçi divar Qərb Sahili və Qüdsdəki 48 fələstin məktəbində təhsil alan 1700-dən çox fələstinli məktəblinin təhsil həyatına da ciddi təsirlər buraxır.

Fələstinli məktəbli qız məktəbə gedən yolda hər gün üzləşdikləri çətinlikləri belə şərh edir: “Hər gün məktəbə gedərkən, sionist qəsəbə sakinləri bizi incidir, söyüş söyür və üzərimizə itləriniburaxırlar. ”

Bufer divarına görə fələstinli məktəblilərin təhsili ciddi problemlərlə üzləşib. Məktəbə gedən yol maneələrlə doludur. Çox vaxt pis hava şəraitində uzun bir məsafəni qət etməyə məcbur olurlar. Çoxsaylı yoxlama-buraxılış məntəqələrindən keçməyə məcbur olan bu uşaqlar yolda qəsəbə sakinlərinin hücumuna məruz qalmaq və ya avtomobil ilə vurulmaq təhlükəsindən də sığortalanmayıblar. Elə bu səbəblərə görə, bir çox məktəbli təhsildən məhrum olub.

Başqa bir fələstinli qız hər gün məktəbə gedərkən, təftiş edildiklərini deyir: “Hər gün məktəbə gedərkən bizi kiçik bir otağa salıb, təftiş edirlər.”

Bütün bunlar azmış kimi, İsrail rejimi “C” məntəqəsində yeni məktəbin inşa edilməsinə də icazə vermir. Hətta, dağılmaqda olan köhnə məktəblərdə təmir işlərinin aparılması da qadağan edilib.