İyun 16, 2016 18:01 Asia/Baku
  • İŞİD-çilər Türkiyənin cənubunda müalicə olunur
    İŞİD-çilər Türkiyənin cənubunda müalicə olunur

Fars İnformasiya Agentliyi Russia Today televiziyasına istinadla verdiyi məlumatda yaralı terrorçuların Türkiiyənin Suriya ilə həmsərhəd şəhərlərində xəstəxanalarda müalicə aldığını bildirib.

Yerli müalicə mərkəzinin baş həkimi Rusiya televiziyasına verdiyi müsahibədə deyib: İŞİD və Suriya azad ordusu üzvləri Suriya-Türkiyə sərhəddini kollektiv şəkildə keçərək tibbi xidmət alır və yenidən Suriya hökuməti ilə mübarizə meydanına qayıdırlar.

Russia Today-in müxbiri Qazi Antep şəhərində əhali və həkimlərə istinadla bildirir ki, İŞİD terrorçuları daha çox sərhəd Kilis şəhərində müalicə alırlar.

Qazi Antep tibb birliyinin sədri D-r Həmzə Ağsa deyib: İŞİD terrorçuları yaxud Suriya azad ordusu üzvləri təcili tibbi yardım maşını ilə deyil yük maşınları ilə sərhəddən keçirilirlər.

Ağsa terrorçuların müalicəsi əməliyyatını müdafiə edərək deyib: Həkimlər peşə andına görə hər hansı xəstə və yaralını onun kim olduğu və mənsubiyyətini nəzərə almadan müalicə etməlidirlər.

Teqlər