9 PKK üzvü üçün ömürlük həbs cəzası
İyun 23, 2016 13:02 Asia/Baku
Türkiyə dövləti 9 PKK üzvünü terror hərəkətləri günahı ilə ömürlük həbsə məhkum edib.
Fars xəbər agentliyinin məlumatına görə, 9 PKK üzvü Türkiyənin Hatay vilayətindəki İsgəndəriyyə və Durtyol şəhərlərində on əsgər və dörd polisi qətlə yetirmək ittihamı ilə ömürlük həbsə məhkum olunub.
Ötən aylarda Türkiyənin təhlükəsizlik qüvvələri ilə PKK arasında atəşkəsin pozulması ilə bu ölkə cənub və şərqdə yerləşən kürd sakinli məntəqələrdə iki tərəf arasında gündəlik göyüş səhnəsi olubdur.