Fələstinli nümayəndə İsrailin hücum ehtimalından danışıb
-
Fələstinli nümayəndə İsrailin hücum ehtimalından danışıb
Fələstin İslami Cihad hərəkatının İrandakı nümayəndəsi sionist rejimin Fələstinə qarşı hər hansı ehtimal olunan hücumu barədə xəbərdarlıq edib.
Fələstin İslami Cihad Hərəkatının Tehrandakı nümayəndəsi Nasir Əbu-Şərif bu il yayda Fələstinə qarşı hücum ehtimalına toxunub və deyib: İslami müqavimət və islami cihad hərəkatları məhdud imkanlara malik olmuş olsalar da İsrailin hər hansı ifratçı hərəkəti ilə qarşılaşmağa tam hazırdırlar.
Əbu-Şərif deyib: İsrailin müharibə naziri özünün son açıqlamalarında İşğal olunmuş ərazilərdə xalq bazası əldə etməyə çalışır.
Fələstin İslami Cihad Hərəkatının Tehrandakı nümayəndəsi deyib: Fələstinlilər Libermanın ifratçı hərəkətlərindən heç də qorxmur və sionist rejimin hər hansı avanturasına möhkəm müqavimətlə cavab verəcək.