Sionistlər bir fələstinlini şəhid ediblər
İyun 30, 2016 10:11 Asia/Baku
-
Sionistlər bir fələstinlini şəhid ediblər
Sionist rejim hərbçiləri daha bir fələstinlini odlu silahla hədəfə alaraq şəhid ediblər.
Livanın Əl-Minar telekanalının verdiyi məlumata görə, bu gün bir fələstinli sionistlərin cinayətlərinə cavab olaraq İordan çayının qərb sahilində sionist sakinli Kəriyyati-Ərbəə şəhərciyində sionistlərə atış açaraq iki sionisti yaralayıb. Bu hadisədən sonra sionist hərbçilər də bu fələstinli gəncin güllələyərək şəhid ediblər.
Sionist rejim hərbçiləri həmçinin bu gün Qüdsün qədim məhəlləsində fələstinlilərin üzərinə atəş açaraq 3 fələstinli gənci həbs ediblər.
Beləliklə Qüds intifazəsinin başlanmasıdan bəri sionistlər tərəfindən şəhid edilən fələstinlilərin sayı 223 nəfərə çatıb.
Teqlər