Fələstinli qadın sionistlər tərəfindən döyülüb
Avq 03, 2016 15:44 Asia/Baku
-
Fələstinli qadın sionistlər tərəfindən döyülüb
Fələstinli şəhidin hamilə həyat yoldaşı sionistlər tərəfindən döyülüb.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, sionist hərbçilər bu gün İordan çayının qərb sahilində, fələstinli mübariz şəhid Muhəmməd Əl-Fəqihin evinə basqın edərək, onun hamilə həyat yoldaşını döyüblər.
Bu fələstinli şəhidin atası da fiziki qarşıdurmada beyin nahiyəsindən qanaxmaya məruz qalıb.
Muhəmməd Əl-Fəqih 27 iyulda Əl-Xəlildə sionist rejim ordusu ilə silahlı toqquşmada şəhid olmuşdu.
Sionistlər fələstinlilərin silahlı, yaxud sionist rejim hərbçilərinə hücum niyyətində olduqlarını bəhanə edərək, onlara hücum edirlər.
2015-ci il oktyabr ayından bəri bu bəhanələrlə cəmi 230 fələstinli şəhid edilib və bir çox fələstinli də yaralanıb, yaxud həbs edilib.
Teqlər