Avq 11, 2016 12:33 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraq baş naziri "İnşallah Mosulun azadlığı yaxındır" deyib.

Heydər əl-İbadi əlavə edib: Tezliklə Mosul şəhərini İŞİD-dən geri alacğıq və İraqda İŞİD-in hərbi məhv edilməsi şənliyi çox yaxın olacaqdır. 

Əl-İbadinin sözlərinə görə, Fəllucə döyüşündə iştirak edən xalq könüllü qüvvələri Mosul şəhərinin azadlığı əməliyyatında da iştirak edəcəkdir. Silahlı qüvvələrdə, xalq könüllü qüvvələrində, polisdə və digər bütün qüvvələrdəki qardaşlarımız öz vəzifələrini yerinə yetirirlər və onların hamısı Mosul döyüşündə iştirak edəcək. Bütün bu qüvvələr Fəllucənin və onun ətrafındakı bölgələrin geri alınmasında iştirak ediblər və hazırda Mosulun azad olunması əməliyyatında iştirak edirlər. 

İraq baş naziri xatırladıb: Bir daha qeyd edirəm ki, inşallah, Mosulun azadlığı yaxındır və tezliklə İraqda İŞİD-in hərbi fəaliyyətinə son qoymağı şənlik edəcəyik. 

Teqlər