Avq 14, 2016 19:47 Asia/Baku
  • Fətullah Gülən
    Fətullah Gülən

Türkiyə qəzetlərinə görə, Fətullah Gülən tərəfindən yayılan bəyanatlar Türkiyədəki son uğursuz dövlət çevrilişinin 40 illik plan olduğunu göstərir.

İSNA-nın verdiyi məlumata görə, Türkiyədə çıxan Deyli Sabah qəzeti yazıb: Baş prokuror müavininin Bakır köydə Gülənçi hərəkatın fərari prokrorları üçün tənzimlədiyi şikayət ərizəsində deyilir: Zəkəriya Öz, Calal Kara, Mehmet Yüzgeç və Fətullah Gülən, hazırlıq işlərinin uzun illər çəkəcəyi və bunun üçün təhsil mərkəzlərinə nüfuzun lazım olduğu bir çevriliş əməliyyatından danışıblar. 

1980-ci il 12 sentyabr dövlət çevrilişindən iki ay öncə Fətullah Gülən İzmirdə etdiyi bir çıxışda bu əməliyyatın artıq başlanmış olduğunu deyibmiş ancaq xatırlatmışdır ki, bu təşəbbüsu hazırda həyata keçirməyin mümkün olmadığı üçün o 35-40 ildən sonra baş tutacaq. 

Gülən bu çıxışında tərəfdarlarından orta məktəblərdən tutmuş universitetlərədək bütün öyrəncilərə yataqxana yaradılması və onların məqsədyönlü yetişdirilməsi barədə təlimat veribmiş. 

Cari miladi ili iyun ayının 15-də Türkiyə uğursuz dövlət çevrilişinin şahidi oldu, bu hadisədə 240 min insan həlak oldu iki min nəfər də yaralandı. 

Gülən bu çevriliş cəhdində ittiham edilir və gülənçi hərəkat ilə əlaqədə olan ordu zabitləri və mülki rəsmilərin etirafları da bunu təsdiqləyir. 

Fətullah Gülən Türkiyədə axtarışdadır və rəsmi Ankara Fətullah Güləni beynəlxalq axtarışa verməyə çalışır. 

Gülən 1999-cu ildən Amerikanın Pensilvaniya ştatında yaşayır.  

Teqlər