Türkiyə baş nazirinin yardımçısı: Çevrilişçilərin məqsədi vətəndaş müharibəsi idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229762-türkiyə_baş_nazirinin_yardımçısı_Çevrilişçilərin_məqsədi_vətəndaş_müharibəsi_idi
Türkiyə baş nazirinin müavini çevrilişçilərin məqsədinin ölkədə vətəndaş müharibəsi yaratmaq olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2016 08:15 Asia/Baku
  • Numan Kurtulmuş
    Numan Kurtulmuş

Türkiyə baş nazirinin müavini çevrilişçilərin məqsədinin ölkədə vətəndaş müharibəsi yaratmaq olduğunu bildirib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib: Ölkədə uğursuz çevrilişi planlaşdırılanların məqsədi Türkiyədə vətəndaş müharibəsi yaratmaq və xarici qüvvələr tərəfindən ölkənin işğal edilməsi idi. 

Türkiyə baş nazirinin müavini ordunun əsas vəzifəsinin ölkəni müdafiə etmək olduğunu bildirərək deyib: Ordu heç bir vəchlə siyasətdə müdaxilə etməməlidir. 

Ötən çərşənbə də Türkiyə baş nazirinin müavini hökumət əleyhinə fərari hərbçilərin təxribatçı hərəkətləri barəsində xəbərdarlıq eetmişdi. 

Türkiyə 15 iyul Rəcəb Tayyib Ərdoğan hökuməti əleyhinə bir qrup hərbçinin çevriliş cəhdinin şahidi oldu. Lakin bu çevriliş nəticə vermədi və məğlub oldu.