İsraillilər 60 fələstinlini yaralayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i230065-İsraillilər_60_fələstinlini_yaralayıblar
İsrail hərbçiləri Qərb Sahilinə hücum edərək, 60 fələstinlini yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2016 13:15 Asia/Baku
  • İsraillilər 60 fələstinlini yaralayıblar
    İsraillilər 60 fələstinlini yaralayıblar

İsrail hərbçiləri Qərb Sahilinə hücum edərək, 60 fələstinlini yaralayıblar.

Fələstinin Vəfa xəbər agentliinin verdiyi məlumata görə, İsrail hərbçiləri çərşənbə axşamı Qərb Sahilində  yerləşən Cənin şəhərinə hücum edərək, 60 fələstinlini yaralayıblar. 

Sionistlər və fələstinlilər arasında dünən Qərb Sahilində çıxan toqquşmalar hələ də pərakəndə şəkildə davam edir. 

Digər tərəfdən İsrail hərbçiləri fələstinlilərin kütləvi həbsinə başlayıblar. Və fələstinliləri qorxutmaq üçün Həmas rəsmiləri və Qanunvericilik Məclisinin üzvlərini də həbs ediblər. 

İsrail hərbçiləri bu gün səhər də Qərb Sahilində yerləşən Amiri düşərgəsinə hücum edərək, Həmasın rəhbər üzvlərindən olan Şeyx Hüseyn Əbu Kəvaiki daha 4 fələstinli ilə birlikdə həbs ediblər. 

Həmçinin, Ramallah şəhərində çıxan toqquşmada 2 fələstinli yaralanıb. 

İsrail hərbçiləri həmçinin, bu gün səhər Qərb Sahilində 20 fələstinlini həbs ediblər. 

İsrail hərbçiləri Qərb Sahilində bir fələstinli əsirin evinə basqın edərək, onun 3 övladını sorğu-suala çəkib, evdə olan əşyaları sındırıb və avtomobillərini müsadirə ediblər. 

İsrail hərbçiləri hər gün fələstinlilərin yaşadıqları məntəqələrə basqın edərək, fələstinli gəncləri müxtəlif bəhanələrlə həbs edirlər. 

İsrail hərbçiləri fələstinliləri öz doğma diyarlarını tərk etməyə məcbur etmək üçün fasiləsiz olaraq fələstinlilərin yaşadıqları məntəqələrə basqın edirlər.